Müəllim gününə aid tədbir keçirildi

  Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. 5 oktyabr "Müəllim günü" ilə bağlı məktəbimizdə silsilə tədbirlər keçirildi. Tədbirdə şagirdlər müəllimlərə  öz sevğilərini rəsmlər üzərində, şeirlərlə, rəqslərlə ürək sğzləri ilə əlmağan etdilər. Suraxanı Rayon Heydər Əliyev Mərkəzində 5 oktyabr Beynəlxalq Müəllim günü böyük təntənə ilə qeyd olundu.  Həmin gün bir qrup təhsil işçisi ilə bərabər məktəbimizin tarix müəllimi Təranə Cəbiyevaya Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxan Rayon Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyə təqdim olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi