Pedaqoji şura

    30.05.2025 - ci il tarixində məktəbimizdə növbəti pedaqoji şura iclası keçirilmişdir. Şurada məktəb direktoru, müəllim kollektivi və digər pedaqoji heyət iştirak etmişdir.

    Tədbir məktəbin direktoru Arzu Məmmədova tərəfindən açıq elan olunmuş, gündəlikdə duran məsələlər iştirakçıların diqqətinə çatdırılmışdır. Gündəlikdə aşağıdakı məsələlər müzakirə olunmuşdur. 

    1. Məktəbimizdə Böyük Summativ Qiymətləndirmənin keçirilməsi və hesablanması 

    2. Görülmüş işlərlə bağlı hesabatların hazırlanması

    3. Son Zəng tədbirinin təşkili ilə bağlı tənzimləyici tədbirlərin görülməsi və bu məsələ ilə bağlı valideynlərin məlumatlandırılması

    4. Korrupsiya hallarına şərait yaradılmasının qarşısının alınması.

    Eyni zamanda coğrafiya fənni üzrə Respublika Fənn Olimpiyadasında bürünc medal qazanmış X a sinif şagirdi İbadova Almazxanımın fənn müəllimi Salmanov Mahir müəllimin əziyyəti məktəb rəhbərliyi tərəfindən dəyərləndirilərək təşəkkür edilmiş və təşəkkürnamə ilə təltif edilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi