Son zəng tədbiri keçirildi

Respublikamızın bütün məktəblərində bu gün ən əlamətdar gün “Son zəng” keçirilir. Neçə - neçə şagird öz sevimli müəllimlərindən, 11 il birlikdə oxuyub, sevinclərini, kədərlərini bölüşən sinif yoldaşlarından ayrılırlar. Bu gün minlərlə yeniyetmə son zəngin sədaları altında müstəqil həyata öz addımını atır.
Tədbirin başlağıncında şəhidlərin xatirəsi yad edildi və məktəbin direktoru Arzu Məmmədova məzunlara öz təbriklərini çatdırdı. Daha sonra səhnəyə 11-ci sinif məzunlarımız çıxdı. Onların hazırladığı fləşmob məktəbin havasını duyğularla doldurdu. Həm rəqs, həm musiqi ilə müşayiət olunan çıxışları həm sevincli, həm də kövrək anlar yaşatdı.
Bu gün məzunlarımız məktəbdən ayrılır, amma burda qoyub getdikləri izlər, xatirələr daim yaşayacaq. Onlara yeni həyat yollarında uğurlar arzulayırıq. Son zəng səsi bu gün bir yolun sonu, yeni başlanğıcın müjdəsidir.