İnsan hüquqları ilə bağlı dəyirmi masa

Bu gün məktəbimizdə "İnsan Hüquqları" mövzusunda maarifləndirici dəyirmi masa keçirildi. Tədbirin əsas məqsədi şagirdlərə insan hüquq və azadlıqları, onların mənası və əhəmiyyəti barədə bilik vermək, hüquq anlayışını gündəlik həyatla əlaqələndirmək idi.
Görüş zamanı müəllim və şagirdlər insan hüquqlarının qorunması, ayrı-seçkiliyin aradan qaldırılması, azadlığın dəyəri və cəmiyyətin hər bir üzvünün hüquqlara sahib olması mövzularında geniş fikir mübadiləsi apardılar. Şagirdlər bu sahədə öz düşüncələrini paylaşdılar, aktual nümunələr əsasında maraqlı müzakirələr aparıldı.
Bu cür tədbirlər uşaqların hüquqi biliklərini artırmaqla yanaşı, onlarda ədalət, bərabərlik və məsuliyyət duyğusunun formalaşmasına da töhfə verir.