Milli - mənəvi dəyərlərin qorunması.

Məktəbin fəaliyyət planına əsasən 23.05.2025 - ci il tarixində məktəbin istedadlı şagirdləri tərəfindən milli və mənəvi dəyərlərimizin qorunması istiqamətində tədbir təşkil olundu. Tədbirdə müxtəlif dillərdə (ingilis və rus) materiallar hazırlandı. Tədbirdə məktəb rəhbərliyi, xarici dil müəllimləri və şagirdlər iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və vətən uğrunda canlarından keçən şəhidlər 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin VIII a sinif şagirdi Kazımov Xanlar ingilis dilində Səməd Vurğunun "Azərbaycan" şeirini ifa etdi. VIII b sinif şagirdi K.Fidan, H.Əsnad, B.Toğrul ingilis dilində Qarabağın adət - ənənələri haqqında məlumat verdi. Məktəbin VIII a sinif şagirdi Yasin Mədinə rus dilində şagirdlərə aid məlumat verdi və şeir səsləndirdi. VIII və X sinif şagirdləri ingilis dilində milli - mənəvi dəyərlər, Azərbaycanda tolerantlıq, Azərbaycanın mətbəxi və tarixi abidələri haqqında məlumat verdilər.
Tədbirin sonunda ingilis dili müəllimləri H.Sevinc və M. Şəhla milli - mənəvi dəyərlər haqqında yekun fikirlərini bildirdilər. Məktəbin direktor müavini Rəhilə müəllimə öz fikirlərini bildirərək hər kəsə uğurlar arzuladı.