"Tarix yazan dahi"

Məktəbimizin kitabxanasında ibtidai sinif müəllimi Rəna Qarayevanın IV B sinfinin iştirakı ilə müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Tarix yazan dahi” adlı Dəyirmi masa keçirildi.
İlk öncə Azərbaycanın Dövlət Himni oxundu. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İbtidai sinif müəllimi Rəna Qarayeva çıxışında qeyd etdi ki, “Ulu öndər Heydər Əliyev - yeni Azərbaycanın böyük yaradıcısı və qurucusudur. O, mənalı həyatını müstəqil Azərbaycanın inkişafına həsr edib. Məhz Heydər Əliyevin qətiyyəti və möhkəm siyasi iradəsi sayəsində müasir müstəqil Azərbaycan dövləti qurulub.” Həmin gün şagirdlər Ulu Öndərin müdrik fikirlərini, Heydər Əliyevə həsr olunan şeirləri böyük coşqu ilə söylədilər. Şagirdlər Ulu Öndərə həsr olunan hazırladıqları divar qəzetlərini, çəkdikləri rəsmləri təqdim etdilər. Kitabxananın müdiri Könül Cəfərova ümummilli liderin hər zaman uşaqlara olan diqqətindən danışdı. Dəyirmi masada məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Rahilə Ağcayeva çıxışında Azərbaycanın dahi şəxsiyyəti, xilaskarı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını qeyd etdi.
Sonra Rahilə Ağcayeva ibtidai sinif müəllimi Rəna Qarayevaya və IV B sinif şagirdlərinə təşəkkür etdi.