Dəyirmi masa

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə məktəbin 8a sinfi ilə dəyirmi masa təşkil olundu. Tədbir zamanı tarix müəllimi A.Əliyeva şagirdlərə Azərbaycanın müstəqillik tarixindən, 28 Mayın önəmindən və müasir dövrdə müstəqilliyin dəyərindən geniş şəkildə bəhs edildi.
Dəyirmi masa zamanı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və bu hadisənin xalqımız üçün nə qədər əhəmiyyətli olduğu iştirakçılara izah edildi. Şagirdlər həmçinin müstəqillik ideallarının qorunması və gənc nəsillərə ötürülməsinin vacibliyi barədə məlumat aldılar.
Uşaqlarla aparılan müzakirələrdə, onlar Azərbaycan dövlətçiliyinin inkişafı, milli azadlıq uğrunda mübarizə, vətənpərvərlik duyğuları və müasir Azərbaycanın beynəlxalq mövqeyi kimi mövzulara fəal şəkildə qoşuldular. Şagirdlər öz fikirlərini sərbəst ifadə edərək, müstəqillik gününün gənclər üçün mənasını bölüşdülər.
Tədbirin məqsədi şagirdlərdə milli ruhun gücləndirilməsi, tariximizi dərindən anlamaq və öz ölkəmizə sevgi hissini artırmaq idi.