Məktəbimizin uğuru

Bu il 226 № - li tam orta məktəbin X a sinif şagirdləri İbadova Almazxanım və Məhərrəmli Tofiq Respublika Fənn Olimpiyadasının coğrafiya fənni üzrə final mərhələsində iştirak etdilər. İbadova Almazxanım uğur əldə edərək bürünc medala layiq görüldü. Məhərrəmli Tofiq isə coğrafiya fənni üzrə final mərhələsinə yüksəldi. Bu münasibətlə məktəbin direktoru Arzu xanım uğur qazanan hər iki şagirdin valideynləri ilə görüşüb onlara nümunəvi övladlar yetişdirdiyinə, ailədə veilən düzgün tərbiyə və dəstəyə görə öz təşəkkürünü bildirdi. Eyni zamanda fənn müəllimi Mahir müəllimə də şagirdlərin əldə etdiyi naliyyətlərə görə öz təşəkkürünü bildirdi və hər kəsə uğurlar arzuladı.