Məktəbimizin uğuru

 Böyük sevinclə bildiririk ki, X a sinif şagirdimiz Almazxanım coğrafiya fənni üzrə olimpiadada bürünc medal qazanaraq məktəbimizin, müəllimlərinin və ailəsinin qürur mənbəyinə çevrilib. Bu uğur, onun zəhmətinin, əzminin və biliyə olan sevgisinin gözəl nəticəsidir.

 Almazxanımı bu möhtəşəm nailiyyət münasibətilə ürəkdən təbrik edirik! Eyni zamanda, bu uğurda əvəzsiz rolu olan dəyərli Mahir müəllimə təşəkkürümüzü bildiririk. Sizin fədakar əməyiniz və peşəkarlığınız sayəsində belə uğurlar mümkündür.

 Hər ikinizə gələcək fəaliyyətinizdə daha böyük nailiyyətlər, bol uğurlar və tükənməz ilham arzulayırıq! Qoy bu medal daha böyük zirvələrin başlanğıcı olsun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi