Zəif nəticə göstərən şagirdlərin valideynləri ilə görüş

    Məktəbdə zəif nəticə göstərən şagirdlərin akademik inkişafını dəstəkləmək məqsədilə məktəb direktoru, müəllimlər və həmin şagirdlərin valideynləri arasında görüş təşkil olundu. Görüşdə əsas məqsəd şagirdlərin uğursuzluq səbəblərini müəyyənləşdirmək, valideynlərlə əməkdaşlıq çərçivəsində çıxış yolları tapmaq və fərdi yanaşma əsasında dəstək planı hazırlamaq idi.

    Direktor çıxışında vurğuladı ki, məktəbin əsas hədəfi hər bir şagirdin potensialını ortaya çıxarmaq və ona uğur qazanmaqda yardımçı olmaqdır. Müəllimlər isə konkret şagirdlərin dərs prosesindəki çətinliklərini qeyd etdilər və valideynlərlə birgə atıla biləcək addımları müzakirə etdilər.

    Valideynlərlə açıq müzakirələr aparıldı, onların çıxışları dinlənildi və təhsil uğurları üçün konkret fəaliyyət planları tərtib olundu.  Valideynlər məktəbdə təşkil olunan  bu layihələri yüksək qiymətləndirərək uşaqların inkişafı üçün məktəblə daha sıx əməkdaşlıq edəcəklərini bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi