Elçin Hüseynbəyli ilə şagirdlərin görüşü

Bu gün məktəbimizdə ədəbi mühitin tanınmış simalarından biri – yazıçı, publisist və ssenarist Elçin Hüseynbəyli ilə görüş keçirildi. Görüş zamanı müəllif şagirdlərlə öz yaradıcılığı, ədəbiyyatın cəmiyyətdəki rolu və gənclərin mütaliəyə marağının artırılması barədə səmimi söhbət etdi.
Şagirdlər yazıçının həyat və yaradıcılıq yolu ilə yaxından tanış oldular. Elçin Hüseynbəyli oxucularla dialoqda olmaqdan məmnunluğunu ifadə edərək, gənc nəslin ədəbiyyata olan marağını yüksək qiymətləndirdi. Şagirdlərimizi maraqlandıran suallar Elçin Hüseynbəyli tərəfindən cavablandırıldı.
Görüşün sonunda yazıçı məktəbin kitabxanası üçün imzalı kitablar hədiyyə etdi və belə tədbirlərin davamlı olmasının vacibliyini vurğuladı. Məktəb rəhbərliyi Elçin Hüseynbəyliyə təşəkkürünü bildirərək, gələcəkdə yenidən görüşmək arzusu ilə tədbiri yekunlaşdırdı.