Bilik yarışı

226 № - li tam orta məktəbdə 25 aprel 2025-ci il tarixində ingilis - dili fənnindən VII-VIII siniflərarası Bilik yarışı keçirildi. Yarış ingilis- dili müəllimləri Abdullayeva M.F. və İsmayilova Vəfa tərəfindən təşkil etmişdir. Yarışda suallar əsasən 5,6,7 sinif dərsliklərinə uyğun salınmışdi. Şagirdler ilk öncə I yazı mərhələsində qrammatik tapşırıqlar həll etdilər, II Dinləmə mərhələsində mətni dinləyib mətnə aid sualları işlədilər və mətnə öz fikirlərini bildirdilər.
IIIOxuyub-anlama mərhələsində mətni oxuyub tərcümə etdilər, mətn əsasında sualları cavablandırdılar.
Hər mərhələdə şagirdlərin balları qeyd edilir və sonda qaliblər müəyyən oldular.
Yarışın gedişatını məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Ağcayeva Rəhilə, metodbirləşmə rəhbəri Həsənova Sevinc və ingilis dili müəllimə Məmmədova Şəhla izlədilər və sonda öz fikirlərini bildirdilər.