"Oxu günü" nə həsr olunmuş dəyirmi masa

    Bu gün məktəbimizin  kitabxanasında 6 c sinif şagirdlərinin iştirakı ilə Azərbaycan dili və Ədəbiyyat müəllimi Alıyeva Nisə tərəfindən hazırlanmış  23 Aprel "Oxu Günü" nə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə direktor müavini Ağcayeva Rəhilə,  kitabxana müdiri Cəfərova Könül,  Azərbaycan dili və ədəbiyyat  fənni üzrə metodbirləşmə rəhbəri Əliyeva Aygün iştirak etdilər.     Şagirdlər "Oxu Günü" ilə bağlı məlumatları təqdim etdilər.  Onların ifasında H. Cavidin "Qız məktıbində" şeiri, Abbasqulu Ağa Bakıxanovun "Hikmətin fəziləti" əsəri səhnələşdirildi. Şagirdlər həmçinin son oxuduqları əsərlərin məzmun və ideyaları haqqında məlumat verdilər , kitabların həyatımızdakı rolu və  əhəmiyyəti  barədə müzakirə aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi