"Bahar" hekayəsinin müzakirəsi

28.04.2025- ci il tarixdə kitabxana müdiri Könül Cəfərova, Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Həşimovanın təşkilatçılığı ilə məktəbin kitabxanasında VII a sinif şagirdləri ilə M. Cəlalın "Bahar" hekayəsinin müzakirəsi keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi şagirdlərlə əsər haqqında fikir mübadiləsi apardı. Şagirdlər obrazlara münasibət bildirərək əsəri təhlil etdilər. Şagirdlərə mütaliə vərdişlərini artırmaq və onlara insan taleyinə biganə yanaşmamaq tövsiyə olundu