"Oxu günü" ilə əlaqədar dəyirmi masa keçirildi

Aprel ayının 20-də kitabxanada Oxu gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi.

Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Güldanə Xalıqova və VI a sinif şagirdləri tərəfindən hazırlanmışdır. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rahilə Ağcayeva və müəllimlər iştirak edirdi.

Tədbir dramaturq M.F.Axundzadənin “Hekayəti-müsyo Jordannnn həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” komediyasının təhlilinə həsr olunmuşdur.

Şagirdlər M.F.Axundzadənin Azərbaycan ədəbiyyatında mövqeyi, həyat və yaradıcılığı barədə məlumat verdikdən sonra komediyanın mövzu və ideyası haqqında geniş danışdılar.

Əsərdə müsbət və mənfi obrazların xarakterləri müzakirə olundu. Azərbaycan ədəbiyyatında ilk qəsbli obraz olan Müsyo Jordanın və onunla əks qütbdə dayanan cadugər Məstəli şah obrazları müqayisə olundu. Sonda komediyanın səhnəciyi nümayiş olundu. Şagirdlər obrazları real olaraq canlandırdılar.

Səhnəcik müəllim və şagirdlər tərəfindən maraqla izlənildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi