“Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda dəyirmi masa keçirildi

     Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində mart ayının 10-da Suraxanı rayonunun Mərkəzi Kitabxana Sistemində “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda “Dəyirmi masa” keçirildi.

 Dəyirmi masada tarix müəllimi Təranə Cəbiyevanın rəhbərlik etdiyi “Gənc tarixçilər” dərnəyinin üzvləri iştirak etdilər.

 İlk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Oxu zalının müdiri Elza Abdullayeva çıxışında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən danışaraq, Ulu Öndərin Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsini hər zaman diqqətdə saxladığını qeyd etdi.

    Tarix müəllimi Təranə Cəbiyeva çıxışında söylədi ki, “Ulu Öndər Heydər Əliyev böyük tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb. Məhz Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bu günkü modern və dayanıqlı inkişaf yolu ilə irəliləyir. Sevindirici haldır ki, hazırda Heydər Əliyevin yaratdığı müasir, müstəqil Azərbaycan - dünya dövlətləri içərisində seçilir. Ulu Öndər Heydər Əliyev hər zaman azərbaycanlı qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Ulu öndər Heydər Əliyevin ideyaları hazırda onun layiqli davamçısı

    Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”. Dəyirmi masada qeyd olundu ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da zəngin fəaliyyəti və geniş layihələri ilə Azərbaycan qadının nüfuzunu yüksəklərə qaldırır. Həmin gün oxu zalının müdiri Elza Abdullayeva Ulu Öndər Heydər Əliyevə, onun həyat yoldaşı oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Zərifə Əliyevaya həsr olunan kitabları şagirdlərə təqdim etdi.

    Dəyirmi masanın sonunda şagirdlərin mütaliə etdikləri kitablarla bağlı sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi