Sinif təşkilat saatı keçirildi

 Fevral ayının 22-də məktəbin ingilis-dili müəllimi M.F.Abdullayeva və rəhbərlik etdiyi 8 b sinif şagirdləri ilə sinif təşkilat saatı keçirdi. Sinif təşkilat saatı idman və idmanla məşğul olan şagirdlərə həsr edilmişdi. Şagirdlər idmanın insan sağlamlığı üçün xeyirli olduğunu əks etdirən videoçarx izlədilər və lazımi məlumatları dinlədilər. Daha sonra sinifdə idmanla məşgul olan şagirdlər həmin idman növü haqqında məlumat verdilər, nailiyyətlərini söylədilər, medal və fərmanlarını nümayiş etdirdilər.

 Sinif təşkilat saatında məktəbin fiziki-tərbiyə müəllimi Arzu Əliyeva iştirak edirdi. Arzu müəllim uşaqlarla idman haqqinda danışdı, onları idman dərsinə daha da həvəsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi