"Tariximizin şanlı səhifəsi" adlı tədbir keçirildi

 Tarix boyu Azərbaycan xalqı ağır faciələr və haqsızlıqlarla qarşılaşmışdır.

 Başımıza gətirilən müsibətlərdən biri də 20 Yanvar faciəsidir.

 Xalqımızı bu qanlı faciədən 23 illik zaman fasiləsi ayırır. Bəli, düz 33 il bundan əvvəl yaşından, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq Azərbaycan xalqı bir yumruq kimi birləşdi.

 Həmin gün xalqının azadlığını hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Vətən uğrunda şəhidlik əsl qeyrət, şərəf və ləyaqəydir.

 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün daim örnəkdir. 20 Yanvar hadisələrinə həsr edilmiş tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Güldanə Xalıqova açıq elan etdi.

 Məktəbin tarix müəllimi Əliyeva Aytən 20 Yanvar hadisələrinə aid tarixi faktları sadaladı, həmin gün xalqımızın başına gətirilən faciələri dəqiq faktlarla söylədi. Daha sonra məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş etdilər. 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söylənildi.

 Tədbirdə Şuşa ansamblının gənc aktyoru Kənan Şərifov qonaq qismində iştirak etdi və tədbir haqqında öz təəssüratlarını bölüşdü. O, şagirdlərin çıxışından məmnun qaldığını bildirdi və onlara dərslərində uğurlar arzuladı.

 Sonda məktəbin direktoru Arzu xanım Məmmədovaya və məktəbin təlim-tərbiyə işlər üzrə direktor müavini Rahilə Ağcayevaya söz verildi. Onlar 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində silinməz izlər buraxdığını qeyd etdilər və şəhidlərimizin daim qürur yerimiz olduğunu vurğuladılar və 20 Yanvar şəhidləri dəırinn hörmət və ehtiramla anıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi