Nağıllar aləminə səyahət

Yanvar ayının 9-da kitabxanaçıların təşkilatçılığı ilə “Nağıllar aləminə səyahət” başlığı altında 2 c sinfində nağıl saatı keçirildi. Kitabxana müdiri Cəfərova Könül şifahi xalq ədəbiyyatının ən qədim və ən geniş yayılmış janrı olan nağıllar haqqında oxuculara məlumat verdi. Kitabxanaçı Eyniyeva Meyrac şagirdlər üçün “Şuşa”, “Azıx mağarası”, “Əmanətə xəyanət” adlı nağıllarını şagirdlərə oxudu.
Sonda oxuduqları nağıllar barəsində sual-cavab edildi.