"Kod saatı" müsabiqəsi keçirildi.

 Məktəbin illik fəaliyyət planına uyğun olaraq “Riyaziyyat və informatika aylığı” ilə əlaqədar fənn müəllimi Aynur Hüseynova “Kod saatı” müsabiqəsində şagirdlərin iştirakını təşkil etdi.
 Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır. Həmçinin bütün sahələrə təsir etmiş innovativ texnologiyaların inkişaf perspektivini şagirdlərə göstərmək və bu prosesdə necə iştirak edə biləcəklərinə dair ilkin anlayışın onlara verilməsidir. 
 Müsabiqədə şagirdlər onlayn və oflayn rejimdə "Scratch"-uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi