"Böyük həyatın astanasında" mövzusunda dərs dinlənilib

Mayın 10-da Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Əliyeva 7 “A” sinfində ilk dərsini Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr etdi. Aygün Əliyeva öncə Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin banisi, xalqımızın və dövlətimizin xilaskarı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışdı. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib. Dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulacağını, xatirəsinin ümumxalq məhəbbətinə çevrildiyini və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını diqqətə çatdırdı.
Müzakirə əsaslı dərsdə şagirdlərin Heydər Əliyev haqqında fikirləri dinlənildi, hazırladıqları təqdimatlar nümayiş olundu.