20 Yanvar faciəsinin otuzuncu il dönümünə həsr edilmiş tədbir keçirilib

 Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2019-cu il F-771 N-li əmrinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin 30.12.2019 -cu il tarixli F-529 N-li əmrinin icrası və məktəbin illik fəaliyyət planına uyğun olaraq silsilə tədbirlərimiz davam edir. 17 yanvar tarixində məktəbin UBR Sahilə Həsənova və musiqi müəllimi Gülər Hüseynovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş “Qanlı Yanvar” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd  şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğir.Tədbirdə 6-cı,7-ci ,8-ci, 9-cu, 19-cu və 11-ci siniflərin fəal və istedadlı şagirdləri şeir,bayatı və kompozisiyalarla çıxış ediblər.

 Tədbirdə çıxış edən məktəbin direktoru Q.Səlimov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin müdhiş gecədə şəhid olan vətən övladları Azərbaycanın qəhrəmanlıq tarixinə parlaq səhifə yazıblar. Bu faciyəyə ilk hüququ qiyməti Ulu öndər Heydər Əliyev vermis, 20 Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlər görmüşdür.

 Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi