Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub

9 Noyabr Dövlət Bayrağı günüdür.Dövlət Bayrağımız Azərbaycan dövlətinin ərazi bütövlüyü və toxunulmazlığının,dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin,vahidliyinin,bölünməzliyinin simvoludur.Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Məktəblərdə Azərbaycan müstəqilliyinin atributları yaxşı təbliğ olunmalıdır.Mən bunu tək məktəblər üçün demirəm ,bütün cəmiyyət üçün deyirəm.Ancaq cəmiyyətdə hər şey məktəbdən,təhsildən başlayır”. Respublikasımızda bu münasibətlə keçirilən tədbirlərə qatılan məktəblərdən biri də Bakı şəhəri 221 nömrəli tam orta məktəbdir.Məktəbin ibtidai sinif müəllimi Xalidə Şahbazovanın təşkil etdiyi tədbirdə məktəbin direktoru Fikrət Xəlilov ,müəllimlər ,şagirdlər və valideynlər iştirak etmişdir.Yüksək səviyyədə keçirilmiş tədbirdə bağrağımız dövlətimizin şərəf və ləyaqətinin ,sarsılmazlıq və yenilməzliyinin rəmzi kimi tərənnüm edilmişdir. “Üç rəngdədir bayrağımız,Qalxan bayraq enən deyil !”-söyləyən şagirdlərin çıxışları alqışlarla qarşılanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi