“ Sən mənim ən böyük dayağımsan , ay ata ! ”

Təhsil tək müəllimlə deyil , valideynlə də qurulur - ata dəstəyi ilə daha güclü gələcək !
Ailə dəyərlərinin təbliği və valideyn - məktəb əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə məktəbin ibtidai sinif müəllimi Qənbərova Zülfiyyənin təşkilatçılığı ilə “ Sən mənim ən böyük dayağımsan , ay ata ! ” adlı mənalı tədbir keçirildi .
Tədbirdə şagirdlər atalarına olan sevgilərini müxtəlif şeirlər , mahnılar , səhnəciklər və rəqslərlə ifadə ediblər . Onlar ata obrazını və onun ailə içindəki dəyərini duyğulu şəkildə təqdim edərək tədbirə toplaşan valideynlərə və müəllim heyətinə emosional anlar yaşadıblar .