Ətraf mühitin qorunmasının əhəmiyyəti

Məktəbimizdə ekoloji maarifləndirməyə yönəlmiş “ Suveren dövlətin ekoloji dəyərləri ” adlı layihə çərçivəsində ibtidai sinif müəllimi Mustafazadə Günel 3 ç sinif şagirdləri ilə birlikdə təşkilat saatı keçirmişdir . Təşkilat saatında şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti , suveren dövlətin təbiətə olan qayğısı və ekoloji dəyərlərin cəmiyyət üçün rolu haqqında geniş məlumat verilmişdir .