" Sağlam nəsil – parlaq gələcək "

" Sağlam nəsil – parlaq gələcək " layihəsi çərçivəsində məktəbin fəal idman müəllimi Muqalova Tünzalə tərəfindən şagirdlərin fiziki sağlamlığı və sağlam həyat tərzi barədə maarifləndirilməsi məqsədilə interaktiv dərs təşkil olunub .
Dərsin əsas məqsədi məktəblilərdə fiziki fəallığın əhəmiyyətinə dair bilik və vərdişlərin aşılanması , onların idmana olan marağının artırılması və zərərli vərdişlərdən uzaq durmağa təşviq etmək olub . Dərs zamanı müxtəlif idman hərəkətləri nümayiş etdirilib , qrup oyunları və müzakirələr təşkil olunub .