" Son zəng "

Bu gün məktəbimizdə unudulmaz və duyğulu anlarla dolu " Son zəng " tədbiri baş tutdu . İllərlə davam edən təhsil yolunun son dayanacağı olan bu gün , məzunlarımız üçün həm sevinc , həm də kədər dolu bir gündür .

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı və daha sonra məktəb direktorunun , müəllimlərin və valideynlərin çıxışları ilə davam etdi . Onlar məzunlara gələcək həyatlarında uğurlar arzuladılar , onlara dəyərli məsləhətlər verdilər .

Məzunlar isə öz növbəsində müəllimlərinə təşəkkürlərini bildirdilər , məktəb illərini əks etdirən xatirələrini bölüşdülər . Musiqi nömrələri , şeirlər və rəqslərlə tədbir daha da rəngarəng və emosional keçdi .

Son zəngin sədaları altında məzunlarımız məktəblə vidalaşdılar . Bu an təkcə məktəbin deyil , uşaqlığın da arxada qalması demək idi .

Biz də bütün məzunlarımızı təbrik edir , onlara həyat yollarında bol uğurlar , möhkəm iradə və böyük arzularının gerçəkləşməsini arzulayırıq . 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi