Ekoloji mədəniyyətin uşaqlara aşılanması
2025 - ci ilin Konstitusiya və Suverenlik İli çərçivəsində məktəbimizdə ekoloji mədəniyyətin uşaqlara aşılanması istiqamətində maraqlı tədbirlər keçirilir . Bu tədbirlərdən biri də ibtidai sinif müəllimi Əliyeva İlahənin rəhbərliyi ilə 3 " E " sinfi şagirdləri ilə birlikdə həyata keçirildi . Müəllimə şagirdlərlə birgə dərsdə dəniz heyvanlarına necə qulluq etmək lazım olduğunu izah etdi . Şagirdlər öyrəndilər ki , dəniz heyvanlarının sağlam yaşaması üçün onların təbii mühitinin qorunması çox vacibdir . Təbiəti sevmək və qorumaq – təbiətə sevgi , həm də vətəndaşlıq borcumuzdur .