Qaçış marafonu təşkil olunub

Konstitusiya və Suverenlik İli çərçivəsində gənc nəslin fiziki inkişafı , vətənpərvərlik ruhunda tərbiyəsi və sağlam həyat tərzinin təbliği məqsədilə genişmiqyaslı qaçış marafonu təşkil olunub .
Marafonun əsas məqsədi gəncləri fiziki aktivliyə təşviq etmək , onların vətənə bağlılığını gücləndirmək və ictimaiyyət arasında sağlam həyat tərzini təbliğ etmək olub . İştirakçılar təyin olunmuş marşrut üzrə enerjili şəkildə qaçaraq həm öz bacarıqlarını nümayiş etdirib , həm də vətəndaşlıq borcuna sadiqliyin rəmzi kimi çıxış ediblər .