" Suveren Dövlətin Ekoloji Dəyərləri "

" Suveren Dövlətin Ekoloji Dəyərləri " layihəsi çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İsmayılova Laləzar tərəfindən təbiət qoynunda maraqlı və maarifləndirici bir açıq dərs təşkil edilib . Dərs zamanı şagirdlər həm təbiətlə canlı ünsiyyət qurublar , həm də ədəbiyyat nümunələri vasitəsilə ətraf mühitin qorunmasının əhəmiyyəti haqqında dərin bilgilər əldə ediblər .

Açıq havada keçirilən bu dərs şagirdlərin ekoloji düşüncə tərzinin formalaşmasına , ana dilində danışma bacarıqlarının inkişafına və ədəbiyyata maraqlarının artmasına müsbət təsir göstərib . Müəllimə Laləzar İsmayılova dərs boyunca müxtəlif ədəbiyyat nümunələrindən istifadə edərək təbiət və insan münasibətlərini vurğulayıb , şagirdləri təbiətin qorunmasına dair fikirlərini sərbəst ifadə etməyə təşviq edib .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi