" Ailəm və Məktəbim "

Təhsil müəssisəmizdə həyata keçirilən " Ailəm və Məktəbim " layihəsi çərçivəsində valideynlərlə görüşlər uğurla davam etdirilir . Layihənin əsas məqsədi ailə - məktəb əməkdaşlığını gücləndirmək , valideynləri tədris və tərbiyə prosesinə daha yaxından cəlb etməkdir .
Görüşlər zamanı valideynlərə məktəbdə həyata keçirilən tədris və tərbiyə işləri barədə məlumat verilir , onların təklif və fikirləri dinlənilir . Şagirdlərin inkişafı , davranışları və təhsil nəticələri ilə bağlı fikir mübadiləsi aparılır , birgə həll yolları müzakirə olunur .