Azərbaycan Respublikasının Suverenliyinin 30 illiyi münasibətilə keçirilən dəyirmi masa

Azərbaycan Respublikasının Suverenliyinin 30 illiyi münasibətilə məktəbin tarix müəllimi Hüseynova Ruhəngiz dəyirmi masa təşkil edib .
Dəyirmi masada çıxış edən 9 E sinif şagirdləri Azərbaycanın müstəqillik yolunda keçdiyi şərəfli tarixi , dövlətçiliyin möhkəmlənməsi , hüquqi və siyasi institutların formalaşması , eləcə də ölkənin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atılan addımlar barədə ətraflı məlumat veriblər .
Tədbirdə vurğulanıb ki , ötən 30 il ərzində Azərbaycan Respublikası iqtisadi , sosial və mədəni sahələrdə mühüm nailiyyətlər əldə etmiş , ölkənin ərazi bütövlüyü bərpa olunmuş və regionda sülh və sabitliyin təmin olunması istiqamətində fəal siyasət yürüdülmüşdür .
Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb , suallar cavablandırrılmışdır .