" Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümü "

Konstitusiya və Suverenlik ili çərçivəsində 08.05.2025 - ci il tarixində Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümü münasibətilə məktəbimizdə anım tədbiri keçirilib . Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Məmmədlinin təşkilatçılığı və 9 c , 8 b ,6 c sinif şagirdlərinin iştirakı ilə baş tutub .Tədbirin əvvəlində Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib . Daha sonra Lalə Məmmədli çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafı sahəsində göstərdiyi misilsiz xidmətlərdən , onun zəngin irsindən və xalqımızın yaddaşında əbədi yaşayacaq dəyərli fəaliyyətindən danışıb .