“ Sağlam nəsil – parlaq gələcək ”

Məktəblərdə şagirdlərin hərtərəfli inkişafı üçün onların asudə vaxtlarının düzgün təşkili mühüm əhəmiyyət kəsb edir . Bu məqsədlə həyata keçirilən “ Sağlam nəsil – parlaq gələcək ” layihəsi çərçivəsində məktəblərdə tənəffüs saatlarında müxtəlif intellektual oyunlara , xüsusilə də şahmat və dama oyunlarına üstünlük verilir .

Şagirdlər bu oyunlar vasitəsilə həm əylənir , həm də məntiqi təfəkkürlərini , diqqət və səbr qabiliyyətlərini inkişaf etdirirlər . Bu cür fəaliyyətlər onların dərs prosesinə marağını artırmaqla yanaşı , mənəvi - psixoloji rahatlığını da təmin edir . Şahmat və dama oyunları uşaqlar arasında dostluq münasibətlərini möhkəmləndirir , sağlam rəqabət mühiti yaradır və komandada işləmək bacarıqlarını formalaşdırır . Bu təşəbbüsə məktəbin direktoru Cavid Əliyev də qoşulub .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi