" Dövrlər və naxışlar " mövzusunda nümunəvi dərs keçirildi

Məktəbimizin informatika müəllimi Həkimova Şəhla " 6 e " sinfində " Dövrlər və naxışlar " mövzusunda nümunəvi dərs təqdim etdi . Dərs zamanı şagirdlər nəzəri biliklərini tətbiq etməklə yanaşı , məntiqi düşünmə , əməkdaşlıq və problem həll etmə kimi XXI əsr bacarıqlarını nümayiş etdirdilər . 

AlpLogo proqramında qrup işi formatında yerinə yetirilən tapşırıqlar şagirdlərdə alqoritmik düşünmə , kodlaşdırma və komandada işləmə bacarıqlarının formalaşmasına müsbət təsir göstərdi .

Məzmun baxımından zəngin , interaktiv və yaradıcı yanaşmalarla qurulan dərs şagirdlərdə öyrənməyə marağı artırdı , dərsin həm öyrədici , həm də maraqlı keçməsini təmin etdi . 

Dərsin təşkili və keçirilməsi məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi . 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi