" Bakı Bilim mərkəzinə " növbəti dəfə ekskursiya təşkil olundu

Məktəblilərin təlim - tərbiyə prosesi ilə yanaşı , onların asudə vaxtlarının səmərəli təşkili də mühüm əhəmiyyət kəsb edir . Bu məqsədlə məktəb rəhbərliyinin təşəbbüsü və məktəbin ibtidai sinif müəllimi Davidova Sonanın və Mustafazadə Günelin müşayiəti ilə 3 r və 3 e sinif şagirdlərinin " Bakı Bilim mərkəzinə " maraqlı və maarifləndirici bir ekskursiya təşkil olunmuşdur .