" Türk Birliyi " adlı tədbir keçirildi

11.04.2025 tarixində 3 A sinfində " Türk Birliyi " adlı tədbir keçirildi . Sanki şagirdlər Turan dövlətlərini 221 saylı tam orta məktəbə dəvət etmişdilər ." Türk birliyi " adlı tədbirimizdə əsas məqsəd türkdilli xalqların ortaq tarixini , dilini , mədəniyyətini , dəyərlərini şagirdlərə aşılamaq idi . " Türk Birliyi " gələcəyə yönəlmiş bir ümid , xalqlarımız arasında dostluq və əməkdaşlıq körpüsüdür . Gənclər arasında təhsil sahəsində əməkdaşlıqlar və ortaq layihələr türk birliyini təmin edən mühim vasitədir . Tarix bizi birləşdirib - Bir millət 6 dövlət . GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR .
Tədbirdə iştirak edən Topçubaşov tədqiqat mərkəzinin direktoru Rusif Hüseynova , Azərbaycan İdman Akademiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadəyə , Dövlət Məşğulluq Agentliyinin mərkəzi karyera filialının əməkdaşı Jalə Bənnayevaya və 221 saylı tam orta məktəbin direktoru Cavid Ədalətoğlu başda olmaqla müəllim heyyətinə təşəkkür edirik .