Həkimlərin şagirdlərlə görüşü

Ölkənin ümumtəhsil məktəblərində məktəblilərin sağlamlığı , keyfiyyətli qidalanması daima diqqət mərkəzində olub . Bunu nəzərə alan aidiyyəti orqanlar tərəfindən lazımi tədbirlər həyata keçirilməsi prosesi davam edir . 221 nömrəli tam orta məktəbin şagirdlərinin 4 nömrəli Uşaq Poliklinikasının tibb heyəti ilə 02.04.2025 - ci il tarixində görüşü keçirilib . Görüş zamanı sağlamlıq sahəsində məlumatlılığın əhəmiyyəti , zərərli vərdişlərin insan orqanizmi üçün mənfi təsirləri və məktəblilər arasında kobud davranış qaydalarının mənfi nəticələri barədə şagirdlərə ətraflı məlumat verilib . Daha sonra oftalmoloq , lor , stomatoloq və nevropotoloq həkimlər tərəfindən şagirdlər müayinə olunublar .