" Novruz gəlir yaz gəlir "adlı tədbir keçirildi

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Afaq Musayevanın , musiqi müəllimi Südabə Tağıyevanın , tarix müəllimi Bəhriyyə Rüstəmovanın , texnologiya müəllimli Nərgiz Ağabəyovanın , Azərbaycan dili müəllimi Yasəmən Əliyevanın təşkilatçılığı ilə " Novruz gəlir yaz gəlir "adlı tədbir keçirilib . Şənlikdə şagirdlər milli adət - ənənələrimizi yaşadıb , müxtəlif səhnəciklər , musiqi və rəqslər təqdim ediblər . Əsasən , Kosa və Keçəl obrazlarının çıxışları , yumurta döyüşdürmək kimi maraqlı oyunlar tədbirə xüsusi rəng qatıblar .

" Dəyərlərimizi qoruyaq – Novruz Bayramı " adlı tədbirin keçirilməsi milli mədəniyyətimizi yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından çox vacibdir . Novruz təkcə baharın gəlişi deyil , həm də birliyimizi , həmrəyliyimizi və qədim adət - ənənələrimizi ifadə edən müqəddəs bayramdır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi