" Publisistik üslub " mövzusunda açıq dərs keçirildi

Növbəti nümunəvi dərs məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İsmayılova Zeynəb tərəfindən " Publisistik üslub " mövzusunda , 10 d sinfində keçirilmişdir . Dərs zamanı müəllim şagirdlərə publisistik üslubun xüsusiyyətlərini izah etdi . Bildirildi ki , bu üslub əsasən mətbuat , televiziya və ictimai çıxışlarda istifadə olunur .

Şagirdlərə nümunə məqalələr və çıxışlar təqdim olundu . Onlar bu üsluba aid mətnləri analiz etdilər və öz fikirlərini bölüşdülər . Daha sonra kiçik qrup tapşırıqları yerinə yetirildi : şagirdlər müxtəlif mövzularda qısa publisistik məqalələr yazaraq təqdim etdilər .

Dərsin sonunda mövzu müzakirə olundu və şagirdlərin sualları cavablandırıldı . Bu dərs onların üslublar haqqında biliklərini artırmaqla yanaşı , nitq və yazı bacarıqlarının da inkişafına töhfə verdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi