Azərbaycan dili fənnindən bilik yarışı keçirildi

Məktəbin 8 - ci sinif şagirdləri arasında Azərbaycan dili fənnindən bilik yarışı keçirildi . Məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov tərəfindən təşkil edilən Azərbaycan dili fənni üzrə bilik yarışı böyük maraqla qarşılanıb .

Tədbirin məqsədi Azərbaycan dilinə olan marağı artırmaq , dil biliklərini inkişaf etdirmək və gəncləri daha fəal öyrənməyə təşviq etmək idi . Yarışda iştirakçılar qrammatika , leksika , yazılı və şifahi nitq bacarıqları üzrə biliklərini sınadılar .

Bu cür tədbirlər Azərbaycan dilinin qorunması və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir . Yarışın sonunda iştirakçılar dilimizin zənginliyini daha yaxından öyrənməkdən məmnun olduqlarını bildirdilər . Yarışın qalibi 8 b sinfi oldu .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi