" 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ”

Prezident İlham Əliyevin 2005 - ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5 - i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur . 5 mart - " Bədən Tərbiyəsi və İdman Günü ” ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi layihəsi şagirdlərdə fiziki inkişafının təmin edilməsi , idman və bədən tərbiyəsinin inkişafı , bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir . Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan " İdman həftəsi " çərçivəsində ilk gün , səhər gimnastikası təşkil olunub . Bu hərəkətlərlə şagirdlərdə əzələlər məşq edilir , dözümlülük artır və hərəkətin dəqiqliliyi formalaşır , insan bədən quruluşunu , qamətini gözəlləşdirir . " İdman həftəsi " nin ikinci günündə voleybol yarışı keçirildi . Yarış fiziki tərbiyə müəllimləri Abdullayev Fuad və Nəsirov Əli tərəfindən təşkil olunmuşdur . Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin idmana olan marağının artırılması , sağlam həyat tərzinin təbliğidir .