Keçmişi unutmadan zəfərlərə addımlayırıq

Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşüb . Bu hadisə təkcə Azərbaycan xalqına deyil , bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir . Xocalı qurbanları sadəcə bir şəhərin deyil , bütün Türk və İslam dünyasının şəhidləridir .

Xocalı şəhəri 1992 - ci ilin 26 fevral tarixində Ermənistan tərəfindən işğal olunub . İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020 - ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub . 19 - 20 sentyabr 2023 - cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur . Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023 - cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib .  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15 - də Xocalı şəhərində  Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb . 

Məktəbin ibtidai sinif müəllimləri Xocalı faciəsinin il dönümünə həsr olunmuş sinif təşkilat saatı keçiriblər .

Unutmadıq , unutdurmayacağıq !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi