" Tabeli mürəkkəb cümlədə bağlayıcı vasitələr " mövzusunda nümunəvi dərs təşkil edildi

Fənn aylıqları çərçivəsində keçirilən dərslər davam edir . Fənn aylıqlarının keçirilməsində əsas məqsəd təlimin keyfiyyətinin yaxşılaşdırılması , təlim prosesinə öyrədənlərin və şagirdlərin məsuliyyətinin artırılmasından ibarətdir . 20.02.2025 - cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Qasımova Gülsanə 9 ə sinif şagirdləri ilə birlikdə " Tabeli mürəkkəb cümlədə bağlayıcı vasitələr " mövzusunda nümunəvi dərs təşkil etdi . Müasir tədris metodları ilə keçirilmiş dərs məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi . Dərsdə şagirdlərin fəal iştirakı müşahidə edildi . Ana dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur .