YAP Xətai rayon təşkilatı

2025 - ci il fevral ayının 19 - da Yeni Azərbaycan Partiyası ( YAP ) Xətai rayon təşkilatının Polad Həşimov küçəsi 34 ünvanı üzrə ərazi partiya təşkilatında hesabat - seçki yığıncağı keçirilib .
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu barədə danışıb , əldə olunan nəticələrdən söhbət açıb və qarşıda duran vəzifələrlə bağlı partiya üzvlərinə tövsiyələrini verib .
Hesabat məruzəsi dinlənilib və təşkilatın ötən dövr üçün fəaliyyəti qənaətbəxş hesab olunub .
Sonra təşkilatı məsələlərə baxılıb . Cavid Əliyev YAP Xətai rayon təşkilatının Polad Həşimov küçəsi 34 ünvanı üzrə ərazi partiya təşkilatının sədri , Sevda Məhəmmədova isə sədr müavini seçiliblər .
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev yeni tərkibi təbrik edib və onlara ictimai - siyasi fəaliyyətlərində uğurlar arzulayıb .