" Ədəbiyyat həyatdır " adlı maraqlı dərs təşkil edildi

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Məmmədli 8 b sinfində " Ədəbiyyat həyatdır " adlı maraqlı dərs təşkil etmişdir . Uşaqlar dərs boyu onlarca milli və dünya ədəbiyyatının əsərlərindən hissələri səhnələşdirmiş , şeirlər söyləmiş , obrazların səhvləri və düzləri ilə məktəbli yoldaşlara ibrətamiz mesajlar ünvanlamışdılar . Dərs rəhbərlik tərəfindən bəyənilmiş , belə uğurlu işlərin davamlı olması tapşırılmışdır .