01.02.2025 - ci il tarixdə Pedaqoji şuranın növbəti iclası keçirildi

01.02.2025 - ci il tarixdə məktəbin akt zalında Pedaqoji şuranın növbəti iclası keçirildi . İclası giriş sözü ilə məktəbin direktoru Əliyev Cavid müəllim açdı . İclasa sədr və katib seçildi . Gündəlikdə duran məsələlər elan olundu . Sonra söz məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavinlərinə verildi . Arzu Mehrəliyeva I - IV siniflərin , Bədəl Hüseynov IX - XI siniflərin I yarımilin sonuna görə hesabatını təqdim etdilər . 

İclasda yarımil ərzində əldə olunmuş nailiyyətlər , olimpiadanın növbəti mərhələsinə vəsiqə qazanan şagirdlər haqqında məlumat , onların yeni mərhələyə hazırlanması , buraxılış imtahanlarına hazırlıq işləri , fənn aylıqlarının keçirilməsi və qarşıda duran digər məsələlər müzakirə olundu . İclasın sonunda məktəbin direktoru Cavid müəllim yekun sözlə qarşıda duran vəzifələr və görüləcək işlər haqqında çıxış etdi . Uğur qazanmaq üçün görüləcək işlər barədə  tapşırıqlar verdi . Sonda qərara alındı ki , hər kəs öhdəsinə düşən vəzifəni yerinə yetirməli və tapşırılan işləri vaxtında yerinə yetirməlidir .  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi