Hüseyn Cavidin ev muzeyinə səyahət

Qış tətilində şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abdullayeva Aynur sinif rəhbəri olduğu 7 a sinif şagirdləri ilə birlikdə Hüseyn Cavidin ev muzeyinə səyahət ediblər . Muzeydə H. Cavidin həyat və yaradıcılığına həsr olunmuş maraqlı kitablarla , monoqrafiyalarla tanış olublar . Ədibin ailəsi , dostları haqqında portretlər , xalçalar , ailə üzvlərinə aid ən son əşyalar və onların tarixi haqqında məlumat alıblar .