Şagirdlərimizin Şəhidlər Xiyabanına ziyarəti

Məktəbin 2 b və 2 c sinif şagirdləri sinif rəhbərləri Behbudova Əfruz və Cəbiyeva Elnarə müəllimənin təşkilatçılığı ilə 22.01.2025 - cü il tarixində İkinci Fəxri xiyabanda Vətənimizin igid oğullarından biri olan Elvin Şükürlünün anım günü ilə əlaqədar ziyarət ediblər . Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi , şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Şagirdlər şəhidimizin məzarını ziyarət edib , gül dəstələri düzdülər . Şəhidimizin doğmalarının kədərinə təsəlli olmağa çalışıblar . Allah bütün şəhidlərimizə rəhmət etsin !