II Vətən müharibəsinin şəhidi Şükürlü Elvinin anım tədbiri keçirildi

Tədbirlər planına əsasən 23.01.2025 - cü il tarixində II Vətən müharibəsinin şəhidi Şükürlü Elvin Azad oğlunun adını daşıyan sinfin rəhbəri Xalidə Şahbazova və Arzu Mehrəliyeva şəhid Elvin Şükürlünün anım günü ilə əlaqədar " Vətən oğlu " adlı şagidləri tərəfindən anım tədbiri keçirildi . Şagirdlər Elvin Şükürlünün həyatını səhnələşdirərək onu necə tanıdıqlarını nümayiş etdirdilər .  Tədbirdə məktəb rəhbərliyi , Xətai Rayon İcra Hakimiyyətinin İctimai - Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov , şagird və müəllim kollektivi , şəhidin ailə üzvləri iştirak ediblər . 

Elvin Şükürlü 1997 - ci ildə Cəlilabad rayonunda anadan olmuşdur . Elvin Şükürlü 27 sentyabr 2020 - ci ildə başlayan Vətən müharibəsində iştirak edib . Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür . 2021 - ci il yanvar ayının 22 - də II Şəhidlər xiyabanında dəfn olunmuşdur .

Elvin Şükürlü ölümündən sonra “ Azərbaycan bayrağı ” ordeni , " Vətən uğrunda " medalı , " Kəlbəcərin azad olunmasına görə " medalı ilə təltif edilmişdir . 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi